Vergi uçotu – ilkin sənəd məlumatlarına əsasən vergilər üzrə vergitutma bazasının müəyyən edilməsi üçün AR Vergi Məcəlləsi və digər qanunvericiliklər (Əmək Məcəlləsi, Mülki Məcəllə, Maliyyə Nazirliyinin, Nazirlər Kabinetinin qərar və sərəncamları və s.) ilə müəyyən edilmiş qaydada təsərrüfat əməliyyatları haqqında informasiyanın qeyd edilməsidir.

Verivia MMC olaraq sahibkarlıq meyarlarından və vergi ödəyicisi növlərindən asılı olmayaraq  vergi uçotunun outsoursinqi bu sahədə konsaltinq xidmətlərini təklif edirik.

Vergi uçotu üzrə xidmətlərimiz

  • Uçotun qurulması və ya bərpası
  • İlkin məlumatların daxil edilməsi
  • Bank əməliyyatlarının aparılması
  • Əsas vəsaitlərin uçotu
  • Əmək  haqqının hesablanması
  • Aylıq, rüblük və illik bütün növ vergi hesabatlarının tərtibatı və təqdim edilməsi
  • Rüblük DSMF hesabatlarının tərtibatı və təqdim edilməsi
  • Aylıq (rüblük) və illik Statistika hesabatlarının tərtibatı və təqdim edilməsi