Biznes – bir çox komponentlərdən ibarət çətin bir sistemdir. Şirkət rəhbəri şirkətin satış strateqiyasını inkişaf etdirir , marketinqi qurur və işçiləri idarə edir. Bunları birləşdirən bir ortaq cəhət var: marketinqsiz satış olmaz, işçilərsiz isə məhsulu inkişaf etdirmək mümkün deyil. Biznesdə bu komponentləri qiymətləndirmək və izləmək çox çətindir. Amma bunların hamısı maliyyədə öz əksini tapır.

Pul vəsaitlərinin idarə edilməsi üçün biznesdə adətən iki uçot aparılır: vergi və maliyyə uçotu. Vergi uçotu vergi orqanlarına hesabatları təqdim etmək üçün aparılırsa, maliyyə uçotu şirkətin pul vəsaitləri ilə bağlı real vəziyyətini görüb qərarlar qəbul etmək üçün vacibdir. Bundan əlavə şirkətin büdcəsinin (mənfəət/zərər, pul vəsaitlərinin hərəkəti və kapital xərcləri büdcəsi) hazırlanması, şirkətin və onun bölmələrinin (departamentlərin, xərc mərkəzlərinin) gəlir və xərclərinin, maliyyə göstəricilərinin analizi üçün effektiv köməklik göstərir.

Biz Verivia MMC olaraq  şirkət rəhbərləri (menecerləri) üçün biznes proseslərindən asılı olaraq daxili maliyyə hesabatları (financial management reporting), maliyyə modeli, büdcə hazırlanması xidmətlərini təqdim edirik.

Menecment hesabatları

  • Mənfəət və zərər hesabatı (plan/fakt və büdcə analizi)
  • Pul vəsaitlərinin hərəkəti hesabatı
  • Maliyyə modelinin hazırlanması
  • Mənfəət/(zərər), pul vəsaitləri və kapital xərcləri üzrə büdcənin hazırlanması

Biznesinizi analiz edin

  • P&L
  • CF
  • Fin.model
  • Budget