Konsaltinq (məsləhət vermə) — öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən  xidmət növüdür.

Konsaltinq  idarəetmə, iqtisadi, maliyyə, sərmayə fəaliyyəti, strateji planlaşdırma, şirkətin ümumi fəaliyyəti, biznesin aparılması, satış bazarlarının araşdırılması və proqnozlaşdırılması, qiymətlərin hərəkatı və. s kimi məsələlər üzrə məsləhət vermə xidmətidir. Başqa sözlə desək, konsaltinq bu və ya digər problemin həllində xarici konsultantlar tərəfindən göstərilən istənilən yardımdır.

Konsatlinqin əsas məqsədi rəhbərliyin keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə kompaniyanın fəaliyyət effektivliyinin təkmilləşdirilməsinə və əməyin individual səmərəliliyinin artırılmasına yönəlmişdir.

Konsaltinq xidmətləri

  • Vergi konsaltinqi
  • Maliyyə konsaltinqi
  • Əmək haqqı və kadrların idarə edilməsi
  • Maliyyə işlərinin avtomatlaşdırılması ilə bağlı IT konsaltinqi