Autsorsinq

Mühasibat autsorsinqi (maliyyə sahəsində autsorsinq) qanunvericiliyə müvafiq olaraq müəssisə rəhbərinin tam olaraq məsuliyyət daşıdığı müəssisənin uçot və hesabatlılıq funksiyalarının mühasibat dəstəyi variantlarından biridir.  

Autsorsinq zamanı vergi və mühasibat uçotunun aparılması bu sahədə ixtisaslaşan kənar təşkilata ötürülür. Mühasibat müşayiəti şirkətə bütün diqqətini öz biznesinə cəmləşdirməyə, o cümlədən maliyyə və idarəçilik xərclərini minimuma endirməyə və maliyyə risklərini azaltmağa imkan verir. İşi yüksək ixtisaslı mütəxəssislərə həvalə etməklə, siz biznesinizin sabit inkişafını təmin etmiş olursunuz. Autsorsinq danılmaz üstünlüklərə malikdir və bir çox şirkətlər artıq bunu layiqincə dəyərləndirib.

Müsbət tərəfləri

  • Bizne-prosesləri optimallaşdırmağa kömək edir
  • Maliyyə xərclərinin azaldılması
  • Maliyyə risklərinin azaldılması
  • Bütün məsuliyyəti autsorsinq şirkəti daşıyır
  • Uyğun mütəxəssis axtarışına sərf edilən vaxta qənaət
  • Mühasibin əmək haqqına əlavə hesablamalar (şirkətin çəkəcəyi xərclər) yoxdur
  • Aursorsinq üzrə mühasibin peşəkarlığı
  • Autsorsinq üzrə mühasibin öz səhvlərinə görə məsuliyyəti
  • Mühasibat şirkəti uçotun keyfiyyətinə nəzarət edir
  • Mühasibin səhvi ucbatından mümkün sanksiyalara (cərimələr, penyalar) görə maliyyə məsuliyyətini autsorsinq şirkəti daşıyır.
  • Vergi və digər nəzarət orqanları ilə bütün məsələlər autsorsinq şirkəti tərəfindən həll edilir.
  • Siz əməkdaşın vaxtına görə deyil, ölçülə bilən faydalı nəticəyə görə ödəniş edəcəksiniz.
  • Autsorsinq üzrə mühasibə iş yeri və avadanlıq tələb edilmir.

Mənfi tərəfləri

  • Siz autsorsinq üzrə mühasibi hər gün görmürsünüz
  • Şirkət böyük olarsa və orada çoxlu sayda gündəlik əməliyyatlar aparılarsa, mühasibatlığı məsafəli xidmətə keçirmək səmərəsiz ola bilər
  • Autsorsinq üzrə mühasibə nəzarət edə bilmirsiniz
  • Autsosinq ilə mühasibatlığın mənfi tərəfləri ilk növbədə təşkilatın rəhbərinin mühasibatlığın məsafəli fəaliyyət göstərməyinə və hər hansı bir məsələni həll etmək üçün mühasibi sadəcə olaraq öz otağına çağıra bilməyəcəyinə öyrəşməsi ilə əlaqədardır.
  • Mühasibat bazasının olmaması – əksər autsors mühasibatlıq şirkərlərində mühasibatlıq bazasına girişiniz olmayacaq və ya müqaviləyə əsasən siz müəyyən dövriliklə mühasibatlıq bazasından məlumatlar əldə edəcəksiniz. Bizimlə Siz öz mühasibatlığınıza 24 saat onlayn giriş əldə edə bilərsiniz.  
  • Böyük şirkət üçün əlverişsizlik

Mühasibatlığın autsorsinqi kimlər üçün uyğundur?

Mühasibatlığın autsorsinqi ilk növbədə öz əsas fəaliyyətinin qurulmasına və fəal inkişafına yönlənməyə çalışan yaxud spesifik mühasibat uçotuna malik olan şitkərlər üçün uyğundur. Bu cür şirkətlərə startaplar, fərdi sahibkarlar və mikro müəssisələr, xarici şirkətlər, kiçik və orta təşkilatlar, o cümlədən holdinq strukturlar aiddir.

Xarici şirkətlər

  • Mühasibarlığın autsorsinqə verilməsini ilk dəfə xarici şirkətlər edib. Xaricdə biznesin profilinə aid olmayan funksiyalar artıq çoxdandır ki, ixtisaslaşmış firmalara ötürülür.
  • Autsorsinq xarici şirkətlərə filial müəssisə açıldıqda öz mühasibatlıq və vergi uçotunun peşəkarlara ötürməyə və uçotun incəlikləri və yerli biznes-proseslərin spesifikası ilə müstəqil olaraq məşğul olmamağa imkan yaradır.

Startaplar

  • Sahibkarlar öz bizneslərinə başlayarkən bir çox hallarda şirkətin əməliyyat fəaliyyətinin dəstəklənməsi üçün tələb olunan əmək sərfini lazımi qədər dəyərləndirmirlər. Mühasibat və vergi uçotunun aparılması kimi qeyri-profil funksiyaların idarə edilməsi çoxlu vaxt və güc tələb edə bilər.
  • Mühasibatlığın autsorsinqi sizə diqqətinizi öz şirkətinizin qurulmasına və fəal inkişafına cəmləşdirməyə kömək edir və bununla yanaşı uçotun aparılmasının keyfiyyətinə və effektivliyinə zəmanət verir.

Mikromüəssisələr və fərdi sahibkarlar

  • Bu cür şirkətlər üçün aursorsinq yeganə düzgün həlldir, çünki ştatda olan mühasibi azsaylı əməliyyatlara görə tam olaraq iş yükü ilə təmin etmək çətin olacaq, rəhbərin özünün isə mühasibatlığı aparmaq diqqətini biznesin inkişafından yayındırmaq deməkdir.
  • Bu cür firmalarda mühasibatlığın aparılması çox asan görünə bilər, lakin qanunvericiliyin daim dəyişdiyini unutmaq olmaz və bu dəyişiklikləri daim izləmək, uçotu aparmaq, vergiləri hesablamaq və hesabatları təqdim etmək lazımdır ki, bunlar da nəticədə əhəmiyyətli əmək sərfinə gətirib çıxarır.

Kiçik və orta müəssisələr

  • Kiçik və orta müəssisələr mühasibatlığın effektivliyini artırmaq və daha ixtisaslı kadrlar cəlb etmək məqsədilə autsorsinqə müraciət edirlər. Lazımi səviyyədə olan avtomatlaşma olduqda mühasib əmək haqqının hesablanması kimi sahələrdə tam olaraq yüklü olmayacaq. Onun funksionalını optimallaşdırmaq cəhdləri isə (məsələn, xəzinədar öhdəliklərinin əlavə edilməsi) mütəmadi olaraq artıq işləməyə gətirib çıxaracaq.
  • Bu məsələni həll etmək məqsədilə şirkətlər mühasiblər üçün az əmək haqqı təyin edirlər və ya daim əlavə işlədikləri üçün ödəniş etməyə məcbur olurlar. Bu həllərin hə ikisi mühasibin iş keyfiyyətinə mənfi təsir göstərir.

Məsləhət

  • Şirkətinizdə uçot asandırsa, əməliyyatlar standartdırsa, bu cür uçotu autsorsa vermək olar.
  • Sizə «sıfır» hesabatlılığın hazırlanması lazımdır – bu tamamilə rutin mühasibat işidir. Mürəkkəb spesifik fəaliyyət zamanı öz mühasibinizi «inkişaf etdirmək» yaxud sizin profiliniz üzrə ixtisaslaşan mühasibatlıq şirkəti axtarmaq lazımdır.
  • Elə hallar olur ki, sizin mühasibiniz var, lakin o, hər şeyi bilə bilməz. Sizə isə onu kursa göndərmək sərf etmir. Nadir qeyri-standart məsələni bu halda da kənar mütəxəssisə ötürmək olar.

Diqqətiniz üçün təşəkkürlər !

Şərhiniz:

Oxşar xəbərlər