İstənilən şirkətin ən vacib sahələrindən biri mühasibatlıqdır. Mühasibatlığın düzgün və vaxtıda aparılması, şirkətin maliyyə göstəricilərinin zamanında əldə edilməsi, analizi, şirkətin  cari və gələcək qərarları üçün mütləqdir. Uçotun və proseslərin asanlaşdırılması, məlumatların vahid bazada toplanması, istənilən məlumatın istənilən zaman əldə edilməsi məqsədi ilə mühasibatlıq işlərinin avtomatlaşdırılması vacibdir.

Verivia MMC-nin partnyoru və Azərbaycanda 1C proqram təminatının rəsmi distributorlarından biri  ERM Soft MMC ilə Sizlərə 1C proqram təminatını təqdim edirik.

Üstünlüklər

  • Proqram A.R.-nın Vergi Məcəlləsi, Əmək Məcəlləsi və Beynəlxalq Maliyyə Hesabatları Standartları (İFRS) əsasında sıfırdan yazılıb
  • Proqram BMHS sahəsində təcrübəsi olan və bir çox böyük şirkətlərdə auditor kimi çalışan mütəxəssis tərəfindən yazılıb
  • Proqram  bir sıra sahələr üçün uyğunlaşdırılıb : xidmət, istehsal, ticarət,  konsaltinq və audit, təhsil, əmlak  və s.